Bu günlərdə “Neftçi” ilə yollarını ayıran Kilan Lebonun yeni iş yeri müəyyənləşib.
Msport.az xəbər verir ki, Premyer Liqa klubu ilə müqaviləsinə xitam verilən fransalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
27 yaşlı oyujnçu “Kalliteya” klubu ilə müqavilə bağlayıb. Bunu Lebon özü sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Yunanıstan Superliqasında çıxış edən “Kalliteya” hazırda 15 xalla 13-cü pillədə qərarlaşır.
Qeyd edək ki, Kilan Lebon 2023-cü ilin yanvarından bu aya qədər “Neftçi”nin formasını geyinib.