EN

"Zenit"in gənc futbolçusunun üzünün bir hissəsi iflic olub

Rusiyanın "Zenit" klubunun gənc futbolçusu Matvey Bardaçovun üzünün bir hissəsi iflic olub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 18 yaşlı müdafiəçinin müalicəsində fəal iştirak edir.

O, ötən yay icarə əsasında "Ural"a keçsə də, qışda geri qayıdıb. "Ural"ın prezidenti Qriqori İvanov oyunçuda ciddi xəstəliyin aşkarlandığını açıqlamışdı.

Chosen
20
1
report.az

2Sources