EN

Pike "Real"ı ələ saldı: 120 ildir bunu edirlər

"Barselona"nın sabiq müdafiəçisi La Liqanın 22-ci turunun "Espanyol"la oyununda hakimlərin hərəkəti ilə bağlı "Real"ın İspaniya Kral Futbol Federasiyasına (RFEF) etdiyi şikayətə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, bu sözləri deyib:

“Bəyanat sadəcə tüstü və güzgüdür. Çünki onlar bunu 120 ildir edirlər. Nə isə onların xeyrinə olmadıqda, “maşını” işə salır və mediaya, hakimlərə təzyiq göstərirlər”.

Qeyd edək ki, Madrid klubu rəsmi saytında İspaniya Kral Futbol Federasiyasına (RFEF) ünvanladığı şikayət məktubunu dərc edərək, hakimlə VAR hakimləri arasında danışıqların audio yazısını tələb edib.

Chosen
7
publika.az

1Sources