EN

İlon Maskın komandası “Medicare” və “Medicaid”in xərclərini yoxlayacaq

İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) mütəxəssisləri dələduzluq və səmərəsiz xərcləri aşkar etmək məqsədilə “Medicare” və “Medicaid” (CMS) mərkəzlərinin ödəniş və müqavilə sistemlərinə giriş əldə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbəyə istinadən məlumat yayıb.

"İlon Maskın DOGE-dəki komandası ehtimal olunan dələduzluq və ya vəsaitlərin məqsədsiz xərclənməsi hallarını aşkar etmək üçün “Medicare” və “Medicaid Services” mərkəzlərində çalışır. DOGE nümayəndələri ödəniş və müqavilə sistemlərinə giriş əldə ediblər", - mənbə bildirib.

DOGE nümayəndələri həmçinin yalnız CMS-də deyil, ümumilikdə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramları ilə bağlı müqavilələrin, o cümlədən “Deloitte” konsaltinq şirkəti ilə müqavilələrin ləğvi ilə məşğuldurlar.

Chosen
10
report.az

1Sources