EN

Cəfər Hüseynzadə NATO Baş katibinin müavini ilə görüşüb

Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Bu barədə “Poliqon” Azərbaycanın NATO-dakı Nümayəndəliyinə istinadən xəbər verib.

Bildirilib ki, görüş zamanı tərəflər Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığına, Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına verdiyi töhfəyə, eləcə də Avropanın enerji təhlükəsizliyinə dair məhsuldar müzakirələr aparıblar.

Tərəflər, həmçinin regionda cərəyan edən proseslərlə yanaşı, Azərbaycanın nəqliyyat infrastrukturunun dünyanın nəqliyyat xəritəsindəki rolunu da müzakirə ediblər.

Görüşdə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümü kimi 2024-cü ildə əməkdaşlığa yüksək ehtiramla yanaşılıb və 2025-ci il üçün əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

GjGXCXOXYAArZQi

Chosen
76
12
poliqon.az

10Sources