Yaxın günlərdə Rəqəmsal Məktəb layihəsinin test rejimində Bakıda tətbiqinə başlanılacaq.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, "Sima" ilə, identifikasiya kodu ilə valideyn öz uşağını onlayn izləyəcək.
"Sistemə dörd giriş olacaq: müəllim, şagird, valideyn və direktor üçün", - deyə nazir əlavə edib.