EN

AFAD: "Türkiyə və yaxın ətrafında 107 min zəlzələ baş verib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2023-cü il fevralın 6-dan bu yana Türkiyə və yaxın ətrafında 107 min 439 zəlzələ baş verib".
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Kahramanmaraş zəlzələsinin (6 fevral 2023-cü il) ildönümü ilə əlaqədar "X" hesabında etdiyi paylaşımda bildirib.
"2023-cü il fevralın 6-dan bu yana ölkəmiz və yaxın ətrafında 107 min 439 zəlzələ baş verib. Bu zəlzələlərin 73 min 402-si Kahramanmaraş zəlzələrindən sonrakı afterşoklar olub. Bölgədə gücü 4 baldan yuxarı olan 734 zəlzələ meydana gəlib", - deyə paylaşımda qeyd edilib.
Chosen
35
17
oxu.az

10Sources