“Bu il biologiya, kimya, fizika, coğrafiya, informatika müəllimləri sertifikatlaşmaya cəlb olunacaq”.
Missiya.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərinin müəllimləri sertifikasiyadan keçiriləcək.
2027-ci ildə bütün fənn müəllimləri üçün birinci raundda sertifikatlaşdırma prosesi bitəcək.