İspaniya La Liqası təmsilçisi "Las Palmas"ın kapitanı Kirian Rodriqes yenidən xərçəng xəstəliyinə tutulub.
Bakıvaxtı.az xəbər verir ki, 3 il əvvəl də eyni xəstəlikdən əziyyət çəkən futbolçu 8 aylıq fasilədən sonra yaşıl meydanlara qayıtmışdı.
Lakin yenidən eyni xəstəliyə düçar olan yarımmüdafiəçi qarşıdakı görüşlərdə iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, K.Rodriqes cari mövsüm La Liqada 21 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.