EN

Marselo karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

Braziliya millisinin və "Real"ın sabiq futbolçusu Marselo karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Marselo son klubu olan "Fluminense"dən ötən ilin noyabrında ayrılmışdı.

Qeyd edək ki, 2007-2022-ci illərdə "Real"da oynayan Marselo 6 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 5 dəfə Superkubokun, 5 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub. 2006-2018-ci illərdə Braziliya millisində çıxış edən futbolçu 58 oyunda 6 qol vurub.

Chosen
15
2
teleqraf.com

3Sources