EN

Rusiya üçün tribunal yaradılması məsələsinə Kremldən reaksiya

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Şurasının Rusiya Federasiyası üçün “tribunal” yaradılması ilə bağlı bəyanatlarını şərh edərkən, bunun obyektiv mövqe olmadığını deyib. 

 

Missiya.Az  RİA Novosti-yə istinadən xəbər verir ki, Peskov Avropa qurumlarını reallığı qiymətləndirə bilməməkdə qınayıb.

 

“Biz hesab edirik ki, bu kimi beynəlxalq strukturlar və bütün qondarma ekspertlər bilərəkdən tamamilə birtərəfli və qeyri-konstruktiv mövqe tuturlar. Onlar reallığa baxmağa hazır deyillər” deyə, Peskov vurğulayıb.

Elcan

Missiya.Az

Chosen
38
missiya.az

1Sources