Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Şurasının Rusiya Federasiyası üçün “tribunal” yaradılması ilə bağlı bəyanatlarını şərh edərkən, bunun obyektiv mövqe olmadığını deyib.
Missiya.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Peskov Avropa qurumlarını reallığı qiymətləndirə bilməməkdə qınayıb.
“Biz hesab edirik ki, bu kimi beynəlxalq strukturlar və bütün qondarma ekspertlər bilərəkdən tamamilə birtərəfli və qeyri-konstruktiv mövqe tuturlar. Onlar reallığa baxmağa hazır deyillər” deyə, Peskov vurğulayıb.
Elcan
Missiya.Az