Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd edək ki, 45 yaşlı S.Babayev 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdi.Prezidentin digər sərəncamı ilə S.Babayev Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə təyin edilib.