EN

Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyev "İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" 29 noyabr 2017-ci il tarixli və "İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" 1 may 2018-ci il tarixli fərmanlarına dəyişiklik edib.
President.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda sahibkarların 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək. İndiyə qədər subsidiyanın verilmə müddəti ötən ilin sonuna qədər alınmış kreditləri əhatə edirdi.
Qeyd edək ki, bu müddət dəyişiklikdən öncə 2024-cü ilin dekabrın 31-dək nəzərdə tutulmuşdu.
Chosen
14
21
oxu.az

10Sources