EN

İndi atrıq hamı "Şəkil"dir, insanlığın gəldiyi nöqtə "Şəkilləşmə" dönəmidir

"Xatırə şəkli" çəkdirərdi bir zamanlar hər kəs. İndi atrıq hamı "Şəkil"dir, insanlığın gəldiyi nöqtə "Şəkilləşmə" dönəmidir.

"Şəkil" nədir?

"Şəkil" ərəbcədir, bizim istifadə də gördüyümüz və tanıdığlarımızın rəsmidir. "Şəkil" görünən deyil, görüntüləninin üzüdür. Görüntülənən gizlədilənin gizlənməsi üçün çalışar,

Kimsə öz surətini görməz, görünmək istədikdə isə əslini gizlətməyə çalışar. Özündə olmayanları şəklində görməyə çalışar. Və Şəkildə hamı "bəzəndiyi" kimidir. "Bəzənənlər" həyatda onlara xas olanların əskikliyin şəkildə düzəldilməsi üçün yüz şəkilə düşər.

İndi hamı Şəkilini sevər, hamı Şəkilə dönməyə can atar. Şəkilləşənlər əsli olmayan və əslini gizlətməklə "mən buyam" işarəsi ilə özünü olmadığının yerinə qoyanlardır.

Şəkilin dərdi nədir?

Şəkil iki şeydən yaranar, "işıq və gölgə".

Üzü gölgəlilərin işığla oynaması gölgənin işığın yerinə keçməsidir. Gölgə "surət"i olmayandır, işığdakı qaranlıqdır. O qaranlığa toxuna bilmədiyimiz üçün onu gizlətməyə çalışarıq.

O isə daima bizimlədir. İnsanın bir tək üzvü var ki, gölgəsi yoxdur, Göz.

Gözü gölgəli edən isə üzün qaralığıdır. Üzün qaralığının xilasının bir yolu da Şəkilləşmədir. Tarixin bütün dönəmlərində Şəkilləşmə dərddir. Bizə qədər yaşanan dönəmlərdəki Üz təsvirlərində bunun şahidi oluruq. Üzə çəkilən xətlər, boyalar üzədə olan gölgənin itirilməsidir.

Bu "gölgə" o qədər ciddi məsələdir ki, bu dərdin həlli üçün nə yollar icad edilib. Bizim aid olduğumuz Yer "işığla gölgənin" tanıması və bilinməsi üçün yaşanan dünyadır. Biz hələ bunu mədəniyyət olaraq həyatın içinə gətirə bilməmişik. Amma bu olacaqdır. "İşığla qaranlığ" məsələsinin yanında biz "işığla gölgə" dünyamızı dilimizə, həyatımıza yazmışıq. Yaşamışıq və təcrübələrə sahibik. Türkün "işığ və gölgə" təsəvvürü yeni dünya düzəninin "şəkil"dən "surət"ə dönüşünü qaytaracağına inanıram. Çünki biz "gölgə"in həyata müdaxiləsinin qarşısında dayanan bir təsəvvürün icadçılarıyıq. Qorxularımızı "gölgə" ilə deyil, "gölgə"dən xilas olmağla həll edə bilirik.

"Gölgə" ilə yaşayanlar isə son "şəkilləşmə"dən həzz alırlar.

Şəkli olmayan Məhəmməd Mustafanın ən böyük möcüzəsi "gölgə"sinin olmamasıdır.

VÉ™ Salam.

İdris Heydərli

visiontv.az



Chosen
16
visiontv.az

1Sources