EN

Rusiya Xarkovda NATO zabitlərinin olduğu binanı vurdu

Rusiya ordusu Ukrayna Milli Qvardiyasının Xarkovdakı akademiyasına zərbələr endirib.

Bunu Rusiyanın Ukraynadakı separatçılarının rəhbəri Sergey Lebedev “RİA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, binaya endirilən zərbələr nəticəsində ölənlər arasında Ukrayna Daxili İşlər Nazirliyinin “Lyut” batalyonunun bir neçə polkovniki, eləcə də NATO ölkələrindən olan nümayəndələr var.

“Yaralılardan bəziləri xüsusi nəzarət altındadır. Yerli həkimlər onların yanına buraxılmır”, - Lebedev bildirib

Chosen
33
2
korrespondent.az

3Sources