EN

Pezeşkianı təhqir edən şəxs işdən qovuldu

Prezident seçkiləri zamanı Səid Cəlilinin qərargahında və müxtəlif yığıncaqlarda Məsud Pezeşkianı təhqir və ona qarşı çıxışlar edən şəxs İran Neft Nazirliyindəki vəzifəsindən qovulub.

XəzərNews.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

“Neft Nazirliyinin Pensiya Fonduna üzv təyin edilən parlamentin keçmiş üzvü Əli Ədyani Rad neft naziri Möhsün Paknejadın məsələdən xəbərdar olmasından sonra işdən çıxarılıb”, - deyə məlumatda bildirilib.



Xəbər 4 dəfə oxunub.
Chosen
18
2
xezernews.az

3Sources