EN

Rusiyalı qonaqlar Sumqayıtın dəniz sahillərini müşahidə ediblər

Rusiyanın Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda qonaq olan müəllim-tələbə heyəti Xəzər dənizinin Azərbaycan sahillərinin müasir vəziyyətini öyrənmək məqsədilə Sumqayıt şəhərinə səfər edib.


Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib.


İnstitutun aparıcı elmi işçiləri, dosentlər, elmi katib Səidə Zeynalova və Elina Kərimovanın müşayiəti ilə Sumqayıt Kimya Sənaye və Texnologiyalar Parkında olan qonaqlar müəssisələrlə tanış olublar. Azərbaycanlı alimlər onlara bu parkların yaranma tarixi, mövcud vəziyyəti, tərkibinə daxil olan müəssisələr və istehsal olunan məhsullar haqqında məlumat veriblər.


Sonra qonaqlar Sumqayıt Xəzər sahilinə yola düşüblər. Burada onlar Xəzər dənizinin sahil xəttinin bugünkü vəziyyətini və dəniz səviyyəsinin aşağı düşməsinin nəticələrini müşahidə ediblər.


S.Zeynalova və E.Kərimova ziyarətçilərə Xəzər dənizinin səviyyəsində baş verən enmə və qalxma mərhələləri, onların səbəbləri, dəniz səviyyəsinin azalmasının iqtisadi və ekoloji nəticələri, bu proseslərin sahil infrastrukturuna, sənaye və əhalinin həyatına təsiri, həmçinin hökumət tərəfindən görülən tədbirlər haqqında məlumat veriblər, onların suallarını cavablandırıblar.

Chosen
43
1
ekologiya.az

2Sources