EN

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Moskvada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, qəza nəticəsində kursant və təlimçi dünyasını dəyişib.

"P-2002 Sierra" təyyarəsi Myaçkovo aerodromunun yaxınlığında qəzaya uğrayaraq alovlanıb. Qəzadan sonra təyyarə tamamilə yanıb. "P-2002 Sierra" 2011-ci ildə istehsal edilib. Təyyarə 290 km/saat sürətə çata bilib.

Chosen
21
1
operativmedia.az

3Sources