EN

"Şəkili qadın sahibkarlar "Azercell Telecom"un dəstəyi ilə bilik və bacarıqlarını artırır" - QHT sədri / FOTOLAR

“Azercell Telecom” MMC-nin elan etdiyi “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində qaliblərdən biri olan “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi Şəkidə qadın sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi proqram həyata keçirib.

Bu barədə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhbalı Nağıyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, “Balans” İMİB-nin hazırladığı “Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı” çərçivəsində biznesini inkişaf etdirmək istəyən 23 qadın ixtisaslaşmış təlimlərdə və praktiki təcrübə səfərlərində iştirak edib: "Beynəlxalq təcrübəyə əsaslanan bu proqram biznesin idarə edilməsi və inkişafı, sahibkarlığın təşkilati-hüquqi və iqtisadi aspektləri kimi silsilə mövzuları əhatə edib. Təşkilati-hüquqi və iqtisadi sahələrdə nəzəri biliklər əldə edən qadın iştirakçılar müxtəlif biznes müəssisələrinə səfərlər edərək uğurlu sahibkarlarla görüşmək və praktiki təcrübə qazanmaq imkanı da əldə ediblər. Təlimlərdə proqram iştirakçıları biznes planlar hazırlayaraq gələcək fəaliyyətlərini daha da peşəkar şəkildə idarə etməyi öyrəniblər. Proqramı uğurla tamamlayan hər bir iştirakçı müvafiq sertifikatla təltif olunub".

QHT sədri həmçinin bildirib ki, "Azercell Telekom" MMC-nin 2024-cü ilin avqust ayında elan etdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləyərək ölkənin dayanıqlı inkişafına töhfə vermək idi.

 

Pərvanə Fərhadqızı

 

Chosen
8
3
qht.az

10Sources