EN

Türkiyə və Almaniya arasında müdafiə sənayesi əməkdaşlığı genişlənir

Bakı, TurkicWorld

Almaniya 155 millimetrlik artilleriya sursatları istehsal gücünü artırmaqda Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanacaq.

TurkicWorld AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti Repkon Almaniyadakı bir şirkətlə Almaniya Silahlı Qüvvələrinə artilleriya sursatlarının istehsalı və çatdırılması layihəsində 155 mm-lik partlayıcı doldurma qurğusu üçün müqavilə imzalayıb.

Müqavilənin imzalanması ilə yanaşı, 155 mm-lik artilleriya mərmiləri üçün əhəmiyyətli alış sifarişi də qərara alınıb.

Almaniya bu investisiyalarla yerli istehsal gücünü daha yüksək səviyyəyə çatdırmağı və 155 mm-lik artilleriya sursatlarının tədarük təhlükəsizliyini təmin etməyi hədəfləyir.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesi şirkəti Repkon 155 millimetrlik artilleriya sursatlarının istehsalında dünya miqyasında üstünlük verilən şirkətlər arasındadır. Bu günə kimi şirkət ABŞ, Pakistan və Azərbaycan üçün sursat istehsalı müəssisələrinin yaradılması üzrə müqavilələr imzalayıb. Nəhayət, Almaniya da bu ölkələrə qoşulub.

Chosen
54
40
turkic.world

10Sources