EN

Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan və İran hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləyir.
Oxu.Az TASS-a istinadən verdiyi xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkənin İrəvandakı səfirliyində keçirdiyi mətbuat konfransında məlumat verib.
"Biz Ermənistanla hər iki ölkənin liderləri tərəfindən imzalanacaq geniş, hərtərəfli strateji sənəd üzərində işləyirik. Bu sənəd hərtərəfli və uzunmüddətli olacaq, buraya uzunmüddətli layihələr daxil edilə bilər", - o qeyd edib.
İran diplomatik missiyasının rəhbərinin sözlərinə görə, Ermənistan və İran arasında elmi və mədəni layihələr iki ölkə arasındakı əlaqələrin ayrılmaz hissəsidir.
Chosen
101
50
oxu.az

10Sources