EN

Ukraynada atəşkəs olmayacaq – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva Rusiya-Ukrayna münaqişəsinin həllində atəşkəs və ya münaqişənin dondurulmasını qəbuledilməz hesab edir.

Onun sözlərinə görə, döyüşlərə son qoymaq üçün “böhranın təkrarlanmayacağına” zəmanət verən hüquqi qüvvəyə malik mexanizmlərə ehtiyac var. “Müvəqqəti həll Qərb, kollektiv Qərb və ya onun ayrı-ayrı nümayəndələri tərəfindən Kiyev rejiminin hərbi potensialının gücləndirilməsi və təbii ki, silahlı hərbi qisas cəhdləri üçün istifadə olunacaq”, – Mariya Zaxarova brifinqdə deyib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, sülh müqaviləsinin əsasını 2022-ci ilin yazında danışıqlar zamanı hazırlanmış İstanbul razılaşmaları təşkil edə bilər.

Mətbuatın yazdığına görə, ABŞ prezidenti Donald Trampın komandasının nəzərdən keçirdiyi münaqişənin həlli planı cəbhə xətti boyunca münaqişənin dondurulmasını və Rusiyanın tərkibinə daxil olmuş regionların probleminin diplomatik yollarla həllini nəzərdə tutur. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da Ukraynanın NATO-ya (ən azı on il) üzv olmaqdan imtina etməsini müdafiə edib.

//Samir Qurbanov, Editor.az

Chosen
41
50
editor.az

10Sources