EN

Qaraciyər piylənməsinin qənimi olan alaqanqal yağı: Faydalarını çox adam bilmir

Qaraciyər piylənməsinin qənimi olan alaqanqal yağı:

Alaqanqal yağı (Silybum marianum), xüsusilə qaraciyər sağlamlığı üçün çox faydalı olan təbii bir yağdır.

Emlakbazari.az

E-saglam.az bildirir ki, tərkibində olan silimarin adlı güclü antioksidant və iltihabəleyhinə maddə sayəsində müxtəlif sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir.

Alaqanqal yağının əsas faydaları:

Qaraciyəri qoruyur – Qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir və yağlı qaraciyər, hepatit, siroz kimi problemlərə qarşı təsirlidir.

Həzm sistemini yaxşılaşdırır – Mədə turşusunu tarazlaşdıraraq qastrit və mədə yanması kimi problemlərin qarşısını alır.

Qan şəkərini tənzimləyir – Xüsusilə diabet xəstələri üçün qan şəkərini tarazlaşdırmağa kömək edə bilər.

Ürək-damar sağlamlığını dəstəkləyir – Xolesterolu aşağı salmağa kömək edərək ürək xəstəlikləri riskini azaldır.

Dəri sağlamlığını yaxşılaşdırır – Egzema, sızanaq və digər dəri problemlərinə qarşı faydalıdır.

İmmuniteti gücləndirir – Bədəni sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir.

Sümükləri gücləndirir – Tərkibindəki faydalı yağ turşuları sümüklərin sağlam qalmasına kömək edir.

Hormon balansını dəstəkləyir – Xüsusilə qadınlarda hormon tarazlığını qorumağa kömək edə bilər.

İstifadə qaydası:

Gündə 1 çay qaşığı acqarına və ya yeməklərə əlavə edilərək istifadə oluna bilər.

Dəriyə tətbiq edilərkən bir neçə damcı masaj edilərək sürtülə bilər.

Qeyd: Alaqanqal yağı təbii bir müalicə vasitəsidir, lakin xroniki xəstəliyi olanlar və hamilə qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
22
e-saglam.az

1Sources