![Qaraciyər piylənməsinin qənimi olan alaqanqal yağı:](https://e-saglam.az/storage/news/middle/images/2025/2/alaqanqal-yagi-faydasi-qaraciyer-piylenmesini-yox-edir.jpg)
Alaqanqal yağı (Silybum marianum), xüsusilə qaraciyər sağlamlığı üçün çox faydalı olan təbii bir yağdır.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az bildirir ki, tərkibində olan silimarin adlı güclü antioksidant və iltihabəleyhinə maddə sayəsində müxtəlif sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir.
Alaqanqal yağının əsas faydaları:
Qaraciyəri qoruyur – Qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir və yağlı qaraciyər, hepatit, siroz kimi problemlərə qarşı təsirlidir.
Həzm sistemini yaxşılaşdırır – Mədə turşusunu tarazlaşdıraraq qastrit və mədə yanması kimi problemlərin qarşısını alır.
Qan şəkərini tənzimləyir – Xüsusilə diabet xəstələri üçün qan şəkərini tarazlaşdırmağa kömək edə bilər.
Ürək-damar sağlamlığını dəstəkləyir – Xolesterolu aşağı salmağa kömək edərək ürək xəstəlikləri riskini azaldır.
Dəri sağlamlığını yaxşılaşdırır – Egzema, sızanaq və digər dəri problemlərinə qarşı faydalıdır.
İmmuniteti gücləndirir – Bədəni sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir.
Sümükləri gücləndirir – Tərkibindəki faydalı yağ turşuları sümüklərin sağlam qalmasına kömək edir.
Hormon balansını dəstəkləyir – Xüsusilə qadınlarda hormon tarazlığını qorumağa kömək edə bilər.
İstifadə qaydası:
Gündə 1 çay qaşığı acqarına və ya yeməklərə əlavə edilərək istifadə oluna bilər.
Dəriyə tətbiq edilərkən bir neçə damcı masaj edilərək sürtülə bilər.
Qeyd: Alaqanqal yağı təbii bir müalicə vasitəsidir, lakin xroniki xəstəliyi olanlar və hamilə qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Tərcümə: Könül Oruc