EN

Bəzi ölkələr Trampa görə ABŞ brendlərini boykot edə bilər

BÉ™zi ölkÉ™lÉ™r ABÅž prezidenti Donald Tramp administrasiyasının ticarÉ™t tariflÉ™ri tÉ™tbiq etmÉ™sinÉ™ cavab olaraq Amerika brendlÉ™rini boykot etmÉ™yÉ™ baÅŸlaya bilÉ™r. 

Valyuta.az xəbər verir ki, bu barədə Yaponiyanın "Suntory Holdings" alkoqol şirkətinin sahibi Takeşi Niinami "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Biz 2025-ci il üçün strateji və büdcə planımızı Amerikan məhsullarına, o cümlədən Amerikan viskisinə ABŞ hüdudlarından kənarda daha az tələbat olacağı gözləntisi ilə hazırladıq, birincisi tariflərə görə, ikincisi isə emosiyaya görə", deyə şirkət rəhbəri bildirib.

Niinami həmçinin şirkətin ABŞ-dan Avropa, Meksika və Kanada da daxil olmaqla digər ölkələrə ixracını azaltmağı planlaşdırdığını bildirib.

"Suntory Holdings" "Jim Beam" və "Maker's Mark" viski brendlərinin sahibidir.

2025-ci ilin fevral ayının əvvəlində ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib. Ağ Evin bəyanatına görə, tariflər fevralın 1-dən Kanada və Meksikada 25%, Çində isə 10% olacaq. Tramp Avropa İttifaqı üçün tariflərin tətbiqini istisna etməyib.

Tramp həmçinin dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Paşa Məmmədli

Chosen
30
21
valyuta.az

10Sources