MÉ™lumdur ki, tÉ™rÉ™flÉ™r arasında yaranan müqavilÉ™ münasibÉ™tlÉ™rindÉ™ qarşısıalınmaz hallarda münasibÉ™tlÉ™rin xarakterini tÉ™nzimlÉ™mÉ™k mÉ™qsÉ™dilÉ™ fors-major müddÉ™alarına yer verilir. Force majeure üstün güc mÉ™nasını verir.Bu ifadÉ™ hÉ™m tÉ™bii hadisÉ™lÉ™ri, hÉ™m dÉ™ insan hÉ™rÉ™kÉ™tlÉ™rini dÉ™ ifadÉ™ edir. Â
Fors-major hal hesab edilÉ™n hadisÉ™lÉ™rin müqavilÉ™dÉ™ sadalanması zÉ™ruridir. BelÉ™ ki, doktrinada fors-major hal hesab edilÉ™n hadisÉ™lÉ™rin yalnız müqavilÉ™dÉ™ sadalananlardan ibarÉ™t olacağı bildirilir. Kel Kim Corp. v. Central Markets, Inc. iÅŸindÉ™ fors-major maddÉ™lÉ™rinin dar bir ÅŸÉ™kildÉ™ tÉ™fsir edilmÉ™li olması vÉ™ yalnız müqavilÉ™dÉ™ açıq ÅŸÉ™kildÉ™ qeyd edilÉ™n hallarla mÉ™hdudlaÅŸmalı olmasına qÉ™rar verilmiÅŸdir. Â
Qeyd etmək lazımdır ki, Mülki Məcəllədə fors-major halına yer verilməmişdir. MM-in 422-ci maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, 423-cü maddəsində isə bu hal baş verdikdə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı müddəalara yer verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
Nəticələri:
1.Fors-major hal baş verdikdə, müqavilənin şərtlərinə baxmaq lazımdır. Müqavilə icra mümkün olmama nəticəsində həmin an da xitam ola bilər, yaxud icra təxirə salına bilər. Təxirə salındıqda vəziyyət bir müddət sonra aradan qalxmadıqda, xitama gedilə bilər. (müqavilə şərtləri əsasında). MM-in 556-cı maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
Aysu Nəbizadə,
Hüquqşunas