Gəncədə ana və onun övladı dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində yerləşən bina evlərinin birində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Leyla Cəfərova və onun övladı 2011-ci il təvəllüdlü Ömər Cəfərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstəyə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı aradırma aparılır.
Tural Əhmədov