EN

Tesla şirkəti "Model X" elektromobilinin qiymətlərini qaldırdı

Elektrikli avtomobil istehsalçısı Tesla ABŞ-da Model X elektromobillərinin qiymətini 5 min dollar artırıb.

Marja xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Model X-in standard versiyasının qiymətini 79 990 dollardan 84 990 dollara, 94 990 dollar olan versiyasının qiymətini isə 99 990 dollara yüksəltdiyini açıqlayıb.

Tesla ötən ilin dekabrında ABŞ-da Model S avtomobillərinin qiymətini 5 min dollar və fevralın 1-dən etibarən Kanadada bütün modellərinin qiymətlərini artırıb.

Tesla qiymət artımının səbəbini açıqlamayıb.

Model X Tesla
Chosen
37
marja.az

1Sources