EN

Keçən il YDM-lər avtoyanacaq satışından 3 mlrd. manata yaxın gəlir əldə ediblər

Keçən il Azərbaycanda yanacaq doldurma məntəqələri benzin və dizel satışından 2 milyard 934.62 milyon manat gəlir əldə ediblər.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 276.13 milyon manat və ya 10.4 faiz artımdır. 2023-cü ildə avtomobil yanacağının pərakəndə ticarət həcmi 2 milyard 658.48 milyon manat olacaq.

YDM-lər avtomobil sahiblərinə 2024-cü ildə 1 milyard 806.45 milyon manatlıq benzin, 1 milyard 128.16 milyon manatlıq dizel satıblar.

Chosen
19
banker.az

1Sources