EN

AFFA yumruq davasına görə araşdırmalara başladı

Image

Məlum olduğu kimi, ötən gün AFFA U-17 liqasının 26-cı turu çərçivəsində keçirilən “Vətən” - “Neftçi” oyununda xoşagəlməz hadisələr yaşanıb. Belə ki, klubların texniki heyəti arasında yaranan mübahisə zamanı “Vətən” rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib. AFFA sözügedən hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib: “AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.
Mətləb







Chosen
28
1
baki-xeber.com

10Sources