“Air Astana” 2 mart 2025-ci il tarixindən etibarən Bakı və Almatı arasında birbaşa uçuşları bərpa edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.
Almatı üzərindən səyahət edən sərnişinlər daxili reyslərə Astana, Şimkent, Ust-Kamenoqorsk, Uralsk, Qızılorda, Karaqanda və Atırauya, habelə, beynəlxalq istiqamətlərdə Banqkok, Pxuket, Pekin, Seul, Quançjou, Daşkənd, Bişkek, Düşənbə, Dehli və Mumbay kimi reyslərə rahat bağlantılardan yararlana biləcəklər.
Biletləri artıq rəsmi airastana.com saytında, mobil tədbiqdə və turizm agentliklərində əldə etmək mümkündür.
“Air Astana” Qazaxıstanın aparıcı aviaşirkətidir, həmçinin, “Mərkəzi Asiya və MDB məkanında aviaşirkətlər arasında ən yaxşı xidmət” kateqoriyasında 5 ulduzlu Skytrax reytinqinin sahibidir. Aviadaşıyıcının donanması 90-dan çox marşrut üzrə rahat uçuşlar təmin edən müasir Airbus 320, Airbus 321 Long Range və Boeing 767 təyyarələrindən ibarətdir.
Telegram kanalımız