EN

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alan var

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alan var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Mamrux kəndinin ərazisində baş verib.

Eyni istiqamətdə hərəkət edən “Opel” markalı avtomobil arxadan “Honda” markalı avtomobilə çırpılıb. Qəza zamanı Opelin sürücüsü 1987-ci il təvəllüdlü Zaqatala rayonu Mamrux kənd sakini Rafael Əhməd oğlu Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Chosen
59
7
apa.az

8Sources