Yerli hakimiyyət orqanlarının məlumatına görə, Cessna Caravan Unalakleet-Nome reysi ilə uçan və Bering Air şirkətinə məxsus təyyarə radarlardan itib.
“İtkin düşən təyyarənin göyərtəsində 10 nəfər olub”, – deyə Nome Könüllü Yanğından Mühafizə İdarəsi bildirib.
Hazırda xilasedicilər təyyarənin axtarışlarını aktiv şəkildə həyata keçirirlər. Hava şəraitinə görə havadan axtarış imkanları məhduddur.