EN

Göyərtəsində sərnişinlərin olduğu təyyarə itib

Alyaskada göyərtəsində sərnişinlərin olduğu təyyarə itib. AzPost ABŞ mətbuatına istinadla xəbər verir ki, Alyaskada göyərtəsində 9 sərnişin və bir pilotun olduğu təyyarə yoxa çıxıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Cessna Caravan Unalakleet-Nome reysi ilə uçan və Bering Air şirkətinə məxsus təyyarə radarlardan itib.

“İtkin düşən təyyarənin göyərtəsində 10 nəfər olub”, – deyə Nome Könüllü Yanğından Mühafizə İdarəsi bildirib.

Hazırda xilasedicilər təyyarənin axtarışlarını aktiv şəkildə həyata keçirirlər. Hava şəraitinə görə havadan axtarış imkanları məhduddur.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Chosen
70
azpost.info

1Sources