EN

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin ölkə vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarında çalışan şəxslərə qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı aktivlərinin dondurulmasını, onların və ailələrinin ölkəyə səfərinin qadağan edilməsini əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.

Maraqlıdır ki, Tramp bu fərmanı İsrail Baş naziri Binyamin Netanyanının Vaşinqtona səfər etdiyi bir vaxtda imzalayıb.

Onu da xatırladaq ki, ötən il noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ilkin istintaq palatası İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Chosen
75
2
korrespondent.az

10Sources