EN

Sumqayıtda vəzifəli şəxs qəza törətdi - ölən var 

  Dünən Sumqayıtda ağır yol qəzası baş verib.

Ədliyyə Nazirliyinin əməkdaşı, icra məmuru Tural Cəfər oğlu İsayev "Mercedes" markalı avtomobillə Binəqədi-Novxanı-Corat yolu ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən qadını vurub.

Nəticədə ağır xəsarət alan Nərgiz İsgəndərova hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır./"qafqazinfo"


Chosen
78
12
referans.az

10Sources