EN

Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

Ağstafada yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Bayraq meydanı yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü E.Məmmədli və 1987-ci il təvəllüldü M.İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

3Sources