EN

Volodimir Zelenski: ''Vladimir Putinlə görüşməyə hazıram''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə sona çatdırmaq istədiklərini və lazım gələrsə, Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

Volodimir Zelenski ölkəsində səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Bassonu qəbul etdikdən sonra təşkil edilən mətbuat konfransında Rusiya ilə 3 ildir davam edən müharibəni qiymətləndirib.

Müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək imkanının olub-olmadığı ilə bağlı verilən sualı cavablandıran Volodimir Zelenski deyib: "Əlbəttə, həm ABŞ, həm də prezident Donald Tramp, həmçinin Aİ ölkələri Rusiyasız, Putinsiz diplomatiyanın mümkün olmayacağına inanır. Ona görə də mən dedim ki, əgər bu müharibənin necə bitəcəyi ilə bağlı razılığa gələ bilsək, mən Vladimir Putinlə görüşməyə hazıram. Ancaq mən hələ də Donald Trampın onu müharibəni bitirməyə məcbur edə biləcəyinə inanıram".

Bəzi media orqanlarının Rusiya-Ukrayna müharibəsinin sona çatması fikrinin Donald Trampa aid olduğuna dair yaydığı məlumatlara münasibət bildirən Volodimir Zelenski deyib: "Əminəm ki, ABŞ-Ukrayna komandaları birlikdə çalışacaq. Fərqli bir plan ola bilməz."



Chosen
12
trt.net.tr

1Sources