EN

Daha bir baş redaktor həbs edilib - (Yenilənib)

Daha

“Arqumet.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov təsdiq edib.

***

İlkin məlumata görə, Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb və qaçaqmalçılıqda ittiham olunur.

***

“Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.

Reyting.az
bildirir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Chosen
24
4
reyting.az

10Sources