EN

Netanyahu bu şərtlərlə Qəzzada müharibəni dayandıracaq

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının liderlərinin Qəzza zolağından çıxacağı təqdirdə bu bölgədəki müharibəni dayandırmağa hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə məlumatlı “Axios” xəbər portalı yayıb.

Bunun müqabilində İsrail daha çox fələstinli məhbusu azad etməyə hazırdır.

Razılaşmanın ikinci mərhələsi uğurlu olarsa, Netanyahu HƏMAS-a Qəzza zolağında müharibəni dayandırmağı və İsrailin razılaşmanın birinci mərhələsində azad etməyə razı olmadığı yüksək rütbəli fələstinli məhbusların azad edilməsini təklif etməyi planlaşdırır.

Chosen
62
operativmm.az

1Sources