EN

Serxio Ramosun yeni komandası məlum olub

“Real Madrid”in və İspaniya millisinin keçmiş ulduzu Serxio Ramosun yeni komandası məlum olub. 38 yaşlı müdafiəçi Meksikanın “Monterrey” klubu ilə 1 illik müqavilə imzalayıb. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, ötən mövsüm “Sevilya”dan ayrılan Serxio Ramos bir müddətdir komandasız idi. Bu transfer Meksika liqasının ən məşhur transferi kimi tarixə düşüb.

“Real Madrid”, “Sevilya”, “PSJ” kimi komandalarda çıxış edən Serxio Ramos kariyerası boyunca 816 oyuna çıxıb və bu matçlarda 117 qol və 42 asistlə yadda qalıb. Bu göstərici bir müdafiəçi üçün fantastik göstəricidir.


Telegram kanalımız
Chosen
25
yenisabah.az

1Sources