ABŞ prezidenti Donald Tramp anti-xristian əhval-ruhiyyəsi ilə mübarizə üçün işçi qrupun yaradılması haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama verib.
Trampın göstərişi ilə “anti-xristian qərəzliyi ilə mübarizə” üçün yaradılacaq işçi qrupuna baş prokuror Pam Bondi rəhbərlik edəcək.
Fərmanda bildirilib ki, xristianları hədəf alan siyasət və təcrübələr müəyyən edilərək qarşısı alınacaq.