EN

Nyu-Yorkun mərkəzində Kristiano Ronaldonun heykəli ucaldıldı - Video

Nyu-Yorkun Manhetten bölgəsinin mərkəzində, Tayms-skver meydanında portuqal ulduz hücumçu Kristiano Ronaldonun heykəli ucaldılıb.

Arena.az məlumat verir ki, heykəl Ronaldonun fevralın 5-də 40 illik yubileyi şərəfinə ucaldılıb.

Yük maşınının üzərində ucaldılmış heykəlin hündürlüyü 3,6 m-dir. Heykəl qırmızı-yaşıl rənglərlə boyanıb. Heykəlin müəllifi Sercio Furnaridir.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin yanvar ayında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 25 oyuna 23 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 89 oyun, 81 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Chosen
112
9
arena.az

10Sources