EN

"Teleqraf" İnformasiya Agentliyi fəaliyyətə başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gündən - 2025-ci il fevralın 7-dən etibarən Azərbaycanda yeni media qurumu - müstəqil "Teleqraf" İnformasiya Agentliyi fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, "Teleqraf" Media Qrupuna daxil olan agentlik "Gündəlik Teleqraf" qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir və kifayət qədər geniş oxucu auditoriyasını əhatə edir. Bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək.
Agentlik hazırda "az" domenini (Teleqraf.az) istifadə etsə də, "com" domeni də aktivdir və hər iki domenlə agentliyin saytına daxil olmaq mümkündür.
Kollektivin hədəfi beynəlxalq standartlara uyğun format, dəqiq və qərəzsiz xəbər istehsalı ilə Azərbaycan informasiya mühitini gücləndirmək və yeniləməkdir.
Oxu.Az kollektivi olaraq "Teleqraf" İnformasiya Agentliyini təbrik edir, uğurlar arzulayırıq.
Chosen
71
24
oxu.az

10Sources