EN

Orban Macarıstanı Qərbin “qara qoyunu” adlandırıb

Macarıstanın baş naziri Viktor Orban ABŞ və Avropa İttifaqı tərəfindən ölkəyə uzunmüddətli təzyiqlərdən danışıb.

XəzərNews.az xəbər verir ki, o, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində danışıb .

"10 milyonluq bir xalq böyük xarici təzyiq hiss edəndə o, normal mövcud ola bilməz. Biz Qərbin "qara qoyunu" idik. Demokratlar miqrasiya, gender məsələləri və Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılıqlarına görə bizə nifrət edirdilər",
- deyə Orban qeyd edib.

Orban ABŞ prezidenti Donald Trampın hakimiyyətə qayıdışı ilə ölkələr arasında əlaqələrin, o cümlədən iqtisadi və siyasi əməkdaşlığın güclənəcəyinə ümid etdiyini bildirib.

Hökumət başçısı Aİ-nin zəifliyini də tənqid edərək bildirib ki, avropalılar daha təvazökar olmalıdırlar.

Orban qeyd edib ki, Avropa İttifaqı qlobal oyunçu olduğunu iddia edir, lakin hətta öz regionunda vəziyyətə nəzarət etmək iqtidarında deyil.

Siyasətçi vurğulayıb ki, Rusiya Macarıstan üçün təhlükə yaratmır.

Orbanın sözlərinə görə, dialoqu demək olar ki, qeyri-mümkün adlandırdığı Brüsseldən fərqli olaraq, Moskva ilə hər zaman ümumi dil tapmaq mümkündür.

Aylin
Xəzərnews.az



Xəbər 4 dəfə oxunub.
Chosen
32
xezernews.az

1Sources