Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb.
Redaktor.az xəbər verir ki, 2 gündür Lənkəranda yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" yağış suları ilə dolub. Onlarla qəbir su altında qalıb, qəbirlərə ziyan dəyib.
FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.
Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.