![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/7/1/6df2eba4-ae02-46ef-a249-5ffd2150c85d/qrenlandiya-yeni9a.jpg)
Qrenlandiyanın hakim “Siumut” (“İrəli”) partiyası adanın müstəqilliyi məsələsini referenduma çıxarmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə partiya lideri Erik Yensen “Danmarks Radio”ya müsahibəsində bildirib.
O, martın 11-də keçiriləcək parlament seçkilərindən sonra səsvermənin prioritet olacağını bildirib.
“Təbii ki, bu, Qrenlandiya xalqı ilə sıx əməkdaşlıqla olacaq. Və bu bizim üçün çox vacibdir. Nəyə səs verəcəyimizə şübhə yoxdur”, - deyə siyasətçi bildirib.
Yensenin sözlərinə görə, partiya Qrenlandiya və Danimarka hökumətləri arasında adanın mümkün müstəqilliyinə dair danışıqları nəzərdə tutan özünüidarə haqqında qanunun 21-ci maddəsini aktivləşdirməyi planlaşdırır.
Qeyd edək ki, Qrenlandiyanın müstəqilliyi ilə bağlı müzakirələr ABŞ Prezidenti Donald Trampın adanı almaq niyyətini açıqlamasından sonra qızışıb.
O, ilk dəfə 2019-cu ildə bu ideyanı irəli sürüb. Lakin Danimarka rəsmiləri məsələni müzakirə etməkdən imtina ediblər.