RU

Qrenlandiya müstəqillik referendumuna hazırlaşır


Qrenlandiyanın hakim “Siumut” (“İrəli”) partiyası adanın müstəqilliyi məsələsini referenduma çıxarmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə partiya lideri Erik Yensen “Danmarks Radio”ya müsahibəsində bildirib.
O, martın 11-də keçiriləcək parlament seçkilərindən sonra səsvermənin prioritet olacağını bildirib.
“Təbii ki, bu, Qrenlandiya xalqı ilə sıx əməkdaşlıqla olacaq. Və bu bizim üçün çox vacibdir. Nəyə səs verəcəyimizə şübhə yoxdur”, - deyə siyasətçi bildirib.
Yensenin sözlərinə görə, partiya Qrenlandiya və Danimarka hökumətləri arasında adanın mümkün müstəqilliyinə dair danışıqları nəzərdə tutan özünüidarə haqqında qanunun 21-ci maddəsini aktivləşdirməyi planlaşdırır.
Qeyd edək ki, Qrenlandiyanın müstəqilliyi ilə bağlı müzakirələr ABŞ Prezidenti Donald Trampın adanı almaq niyyətini açıqlamasından sonra qızışıb.
O, ilk dəfə 2019-cu ildə bu ideyanı irəli sürüb. Lakin Danimarka rəsmiləri məsələni müzakirə etməkdən imtina ediblər.
Избранный
21
yeniavaz.com

1Источники