EN

De Bruyne yeni klubu ilə razılığa gəlib

Belçikalı futbolçu Kevin De Bruyne cari mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirmək qərarına gəlib.

Kevin Amerikanın "San Dieqo" klubu ilə müqavilə bağlamaq üçün ilkin razılığa gəlib.

Xatırladaq ki, belçikalı 2015-ci ilin avqustundan "şəhərlilər"də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.

"Transfermarkt" ulduz futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

"Fənərbaxça" qərarını verdi: Yeni transferlərdən 2-si Avropada oynayacaq

“Mançester Yunayted”in futbolçusu mövsümü erkən başa vurub

“Barselona” “Valensiya”nı kubokda da rahat buraxmadı

“Liverpul” FİNALDA

Türkiyə kuboku: “Alanyaspor” və “Göztəpə”dən evdə qələbə

Chosen
28
apasport.az

1Sources